Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir


Baxıldı : 29

Tarix : 2019-11-01 16:16:42


Oktyabrın 18-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” mövzusunda tədbir keçirilmişdir. Müstəqillik yollarını əks etdirən videoçarxın nümayişindən sonra tədbiri giriş sözü ilə Akademiyanın tədris və elmi işlər üzrə prorektoru, dosent Fərhad Möhbalıyev açmışdır. O, demişdir ki, ötən əsrdə Azərbaycan xalqı öz azadlığı uğrunda apardığı mübarizədə iki dəfə dövlət müstəqilliyinə nail olmuşdur. Birinci dəfə əsrin əvvəllərində qazanılmış müstəqillik cəmi 23 ay duruş gətirə bilmişdir. Əsrin sonunda əldə olunmuş azadlıq isə əbədiyaşardır. Çünki onun təməlini dünya miqyasında fenomen siyasətçi kimi təsdiq olunmuş Heydər Əliyev qoymuşdu. Ümummilli Liderimizin layiqli davamçısı İlham Əliyev müstəqilliyimizi, bütün xarici, daxili təzyiqlərə baxmayaraq, qorudu, möhkəmləndirdi. Azərbaycanı beynəlxalq aləmdə söz sahibi səviyyəsinə qədər qaldırdı.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov müstəqilliyin keçdiyi şərəfli və mürəkkəb yollardan söz açdı.

Tədbirdə həmçinin Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Həmkarlar İttifaqı Hərəkatı və sosial fənlər kafedrasının müdiri, dosent Zeynəddin Şabanovun, müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məsud Musayevin çıxışları dinlənildi. Sonra tələbələr Məmməd Arazın “Bizi Vətən çağırır”, Səməd Vurğunun “Azərbaycan” şeirlərini səsləndirdilər.

Tədbir konsert proqramı ilə davam etdirildi.