Ən güclü antioksidant


Baxıldı : 58

Tarix : 2017-12-08 18:31:47


 

 

Son araşdırmalar göstərir ki, ağ reyhan bakteriyalara viruslara və xroniki xəstəliklərə qarşı mübarizə aparmaqda ən yaxşı vasitələrdən biridir. Təzə halda istifadə etmək daha yaxşıdır, xoş ətri və kəskin bir dadı var. K vitamini kimi əhəmiyyətli qida maddələri ilə zəngindir. Eyni zamanda tərkibində A vitamini və beta-karotin, güclü antioksidantlar var. Bu bəsləyici maddələr ateroskleroz və ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır.

Bu vitaminlərlə yanaşı, reyhan həmçinin maqnezium, fosfor, manqan, kalsium, dəmir və digər mineralları da özündə ehtiva edir. Bitki həm də antibakterial xüsusiyyətlərə malikdir. Ağ reyhan çoxsaylı xəstəliklərin müalicəsində kömək edə biləcək güclü antibiotikdir.

Azər MUSTAFAYEV