“Ən yaxşı bölmə” adı uğrunda baxış-müsabiqə


Baxıldı : 40

Tarix : 2019-06-07 13:37:22


Fövqəladə Hallar Nazirliyi (FHN) İşçilərinin Həmkarlar İttifaqı və nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin birgə təşkilatçılığı ilə “Ən yaxşı bölmə” adı uğrunda baxış-müsabiqə keçirilib. Müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.

27 komandanın cəlb olunduğu baxış-müsabiqədə birinci yerə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi RDYMH-nin 19 №-li YMB, ikinci yerə Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 25 №-li YMB, üçüncü yerə isə Səbail RDYMH-nin 26 №-li YMB çıxıb.

“Ən yaxşı bölmə” adı uğrunda keçən baxış-müsabiqənin qalibləri FHN İşçiləri Həmkarlar İttifaqı və Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən mükafatlandırılıblar.

Azər MUSTAFAYEV