“Ən yaxşı bölmə” baxış-müsabiqə


Baxıldı : 168

Tarix : 2018-06-13 23:06:36


İyunun 5-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi  münasibətilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində keçirilən “Ən yaxşı bölmə” adı uğrunda baxış-müsabiqəsinə yekun vurulub. Tədbir FHN İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə təşkil edilib. Müsabiqənin keçirilməsində məqsəd yanğından mühafizə qurumlarının xüsusi biliklərinin və metodiki vərdişlərinin təkmilləşdirilməsi, o cümlədən yanğınların söndürülməsinin təşkili və taktikası üzrə düzgün qərarların qəbulunda bölmələrin peşə və taktiki hazırlığı səviyyəsinin yüksəldilməsi olub.

Baxış-müsabiqəyə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun yanğın qarnizonları üzrə dislokasiya olunmuş yanğından mühafizə hissələri cəlb edilib.

25 komandanın  cəlb olunduğu  baxış-müsabiqədə birinci yerə Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2-ci Yanğından Mühafizə Bölməsi,  ikinci yerə Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 25-ci Yanğından Mühafizə Bölməsi, üçüncü yerə isə Dövlət Yanğından Mühafizə Xidmətiinin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 34-cü Yanğından Mühafizə Bölməsi layiq görülüb.

Qaliblər FHN İşçiləri Həmkarlar İttifaqı və Dövlət Yanğından Mühafizə Xidməti  tərəfindən mükafatlandırılıblar.

Azər MUSTAFAYEV