“Ən yaxşı videomaterial” mükafatı


Baxıldı : 250

Tarix : 2020-06-12 06:05:45


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) keçirdiyi “Ailəm” müsabiqəsinin “Ən yaxşı videomaterial” nominasiyası üzrə qalibinə - İsmayıllı şəhərindən Süleymanovlar ailəsinə mükafat təqdim edilib.

Müsabiqə Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə mübarizə şəraitində söylədiyi “Biz birlikdə güclüyük!” çağırışına dəstək olmaq, xüsusi karantin rejimi ilə əlaqədar ev şəraitində asudə vaxtını səmərəli və faydalı keçirməyi stimullaşdırmaq məqsədilə təşkil edilib. Müsabiqəyə 23 ailə tərəfindən 26 video və 17 fotomaterial təqdim olunub. Münsiflər heyəti qəbul edilən materialları müsabiqənin məqsədinə uyğunluğu, orijinallığı, keyfiyyəti, məzmunu kimi meyarlar əsasında qiymətləndirib. Zaqatala rayonundan olan Məmmədovlar ailəsi “Ailəm” müsabiqəsinin “Ən yaxşı fotomaterial” nominasiyası üzrə, İsmayıllıdan olan Süleymanovlar ailəsi isə “Ən yaxşı videomaterial” nominasiyası üzrə qalib seçiliblər.

AQUPDK-nın aparat rəhbəri Ceyran Rəhmətullayeva İsmayıllıda Təranə Süleymanovanın ailəsində olub, ailəyə komitənin sədri Bahar Muradovanın təbrikini çatdırıb, fəxri fərman və qiymətli hədiyyə təqdim edib. Mükafatlandırma mərasimində iştirak edən rayon rəhbərliyi, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov qalibləri təbrik edib, kiçikyaşlı ailə üzvlərinə hədiyyələr veriblər.