Endirilmiş üçrəngli bayrağımız Heydər Əliyevin vətən təəssübkeşliyi v


Baxıldı : 125

Tarix : 2019-06-07 14:23:39


Mayın 27-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) inzibati binasının akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 101 illiyi münasibətilə tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə dövlət himni səsləndirilib. Sonra ittifaqın sədri Mehman İsmayılov giriş nitqi söyləyib. Qeyd edib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv edib. Qadınlara seçki hüququ verib, ölkənin sərhədləri müəyyənləşdirilib, dövlət rəmzləri - bayraq, himn və gerb hazırlanıb. Azərbaycanda ilk milli ali təhsil ocağı - Bakı Dövlət Universiteti də AXC dövründə yaradılıb.

Azərbaycanın bolşevik işğalı nəticəsində endirilmiş üçrəngli bayrağı yalnız ulu öndər Heydər Əliyevin vətən təəssübkeşliyi və sevgisi sayəsində yenidən dalğalanmağa başladı.

Sonra M.İsmayılov Dövlət Yanğından Mühafizə Xidməti İşçiləri Həmkarlar İttifaqının sədrinə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Fəxri Əməkdaşı” döş nişanını təqdim etdi.

Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin 50 və 60 yaşı tamam olan bir qrup əməkdaşına Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının Fəxri fərmanları və qiymətli hədiyyələri verildi.

Sonda 28 aprel işğalından bəhs edən “Son iclas” bədii-sənədli film nümayiş olundu.

Tədbirdə DYMX-nin rəis müavini, daxili xidmət polkovniki Rasim Kərimov da iştirak edirdi.