Energetika strategiyası müəyyənləşdirilib


Baxıldı : 288

Tarix : 2015-10-09 02:40:00


Sənaye və Energetika Nazirliyi yerli və xarici mütəxəssislərin, energetika sahəsində fəaliyyət göstərən qurumların rəy və təkliflərini nəzərə almaqla ölkənin energetika sektorunun uzunmüddətli və effektiv inkişafının prioritet istiqamətlərini müəyyənləşdirib. Məqsəd respublikanın bütün enerji ehtiyatlarının (təbii qaz, elektrik enerjisi, su, günəş, külək, sənaye-məişət tullantıları və sair) səmərəli istifadəsinə, bu ehtiyatların tam şəkildə enerji balansında iştirakına və ölkə iqtisadiyyatının yüksək templə inkişafına nail olmaqdır. Sənəddə energetika sektorunun 25-30 illik inkişaf strategiyası, enerji resurslarından səmərəli istifadəyə və alternativ enerji mənbələrinə üstünlük verilməsini nəzərdə tutan 15-20 illik və energetika sektorunun inkişafı üzrə beşillik dövlət proqramlarının həyata keçirilməsi öz əksini tapıb.ELBRUS