Enerji içkilərinin verdiyi fəsadlar


Baxıldı : 238

Tarix : 2015-11-06 04:30:00


Son zamanlarda Avropada və həmçinin Azərbaycanda enerji içkilərinin istifadəsi artıb. Çox istifadə olunan bu içkilər əslində insanların xüsusən də sağlamlığına mənfi təsir göstərir. Dünya Sağlamlıq Təşkilatının Avropa ofisi enerji içkilərinin insanların sağlamlığına təsiri mövzusunda hesabat hazırlayıb. Hesabata görə, bu içkilər sağlamlığa ziyandır.İçkilərin mənfi təsirinin səbəbi olaraq tərkibindəki kofeinin miqdarı göstərilir. Kofe isti olduğu zaman az içilir, lakin enerjili içkilər soyuq olduğu üçün birdəfəyə çox miqdarda kofein qəbul etmək mümkündür. Bu içkilərdən istifadə etdikdə orqanizm buna müxtəlif cür reaksiya verir. Belə içkilər tərkibində kofein çox olduğu üçün orqanizmdə maye itkisinə gətirib çıxarır və yorğunluqla nəticələnir. Asılılıq kimi vərdiş isə sonradan sinir sistemini pozur. Bu, əmək fəaliyyətini, insanın produktivliyini pozaraq psixoloji gərginliklərlə nəticələnir. Müəyyən müddətdən sonra isə artıq insanlar bu içkilərdən enerji ala bilmirlər. Bundan başqa, enerji içkisi içdikdə daxili orqanlar həmişəkindən daha çox işləməyə məcbur olur. Bu içkilər təhlükəli bir hal yaranmış kimi bədəni təcili vəziyyətə gətirir və nəticədə orqanlar həddindən artıq yorulur və ürək döyüntülərinin sürətlənməsinə, yuxusuzluğa gətirib çıxarır. Belə içkilərdən istifadə edən insanların infarkt keçirmək riski yüksəlir. Hazırda Azərbaycan bazarında XL\ , Pitbull\ , Rox\ , Red Bull\ , Hell\ , Jaquar\ , Blue\ , Reo Line\ , Monster\ və sairə kimi energetik içkilər satılır. Onların içərisində daha məşhuru olan Red Bul\ energetik içki bazarının 70 faizini təşkil edir.Bəzi ölkələr bu içkilərin içilməməsi üçün tədbirlər görür. Məsələn, Macarıstanda enerji içkiləri xüsusi sağlamlıq vergisinə tabedir. İsveçdə də bəzi içkilər, sadəcə, apteklərdə satılır və uşaqlara verilmir. Hətta bir neçə Avropa ölkələsində, məsələn, Norveç, Danimarka, Fransada bu içkilərin sərbəst satışı qadağandır. Dünya Sağlamlıq Təşkilatı bu içkilərdə kofeinin miqdarının azaldılmasını və içkilərin reklamlarının da qadağan edilməsini təklif edir.Enerji içkilərinin dadının yaxşı olması üçün süni dadlandırıcılardan istifadə olunur. Həmçinin kimyəvi rəngləndiricilər də bu içkilərin tərkibində bol miqdarda olur. Kimyəvi maddələrin isə əks təsirləri özünü göstərir. Ona görə də həddindən ziyadə enerji içkisindən istifadə etmək başağrısı, miqren kimi problemlərə yol açır.Onu da qeyd etmək lazımdır ki, enerji içkisi içməkdənsə, 15 dəqiqə idman etmək və ya bol su içmək daha doğru seçim olar.Aliyə SƏMƏDOVA