Ərizə nəzərə alındı


Baxıldı : 180

Tarix : 2020-03-06 17:29:08


Mingəçevir Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin bir neçə gün əvvəl baş tutmuş növbədənkənar iclasında təşkilati məsələyə baxılmışdır. HİK sədri Qəzənfər Əliyevin öz xahişi ilə işdən azad olunması barədə ərizəsi müzakirə edilmiş və nəzərə alınmışdır.

Komitənin qərarı ilə bu vəzifəyə HİK Rəyasət Heyətinin üzvü Ariz Abbasov seçilmişdir. İclasda universitetin rektoru Şahin Bayramov və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxış etmişlər. Onlar ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə əlaqədar yeni seçilən sədrə və komitə üzvlərinə tövsiyələrini vermişlər.