Erməni işğalçıları qəhrəman hərbçilərimiz tərəfindən layiqli cavablarını alırlar


Baxıldı : 31

Tarix : 2020-10-17 14:54:19



Oktyabrın 10-da “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının xidmətində olan “Optima-Az” MMC-nin Qarabağda torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparan Şanlı Ordumuza dəstək məqsədilə baş tutan iclasda çıxış edənlər bildirmişlər ki, silahlı təxribat törədən erməni işğalçıları qəhrəman hərbçilərimiz tərəfindən layiqli cavablarını alırlar. Xalq ordusuna inanır və tam qələbə naminə sona qədər nə lazımsa edəcək. İclas iştirakçıları MMC-nin kollektivinin də bu mübarizədə ordumuza həm maddi, həm də mənəvi kömək göstərməyi özünün müqəddəs borcu bildiyini söylədilər. Tədbirdə qərara alındı ki, müəssisənin istehsalı olan 12000 manat dəyərində “Elsu”  nişanlı süfrə suyu ön cəbhədə vuruşan hərbçilərimizə göndərilsin.
İclas iştirakçıları xalqımızı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda bir-birinin ardınca qazanılan qələbələr münasibətilə təbrik etdilər. Həsrətlə Xankəndidə, Şuşada müqəddəs Azərbaycan bayrağının asılacağı günü gözlədiklərini dedilər.