Ərzaq və kənd təsərrüfatı yarmarkası keçirilib


Baxıldı : 88

Tarix : 2018-06-13 23:20:41


Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı və Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə akademiyanın əməkdaşları üçün yarmarka təşkil olunub.

Akademiya şəhərciyində təşkil olunan yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara 30 adda müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilir. Yarmarka iki gün davam edəcək.