Əsas vəzifə həmkarlar təşkilatlarının üzərinə düşür


Baxıldı : 254

Tarix : 2018-03-09 23:19:50


Son zamanlarda sosial medya platformalarında iş yerində cinsi ayrı-seçkiliyə və şiddətə məruz qalan qadınlar haqqında problemin nə qədər böyük olduğunu göstərmək üçün bir sıra kampaniyalar başladılmış #Metoo və #Timesup həştəqləri ilə paylaşımlar edilmişdir. Kampaniya hazırda dünyada əmək sektorunda qadınların qarşılaşdıqları cinsi və fiziki zorakılıqların ölçüsünü gözlər önünə gətirmişdir.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünyada qadınların 35 faizi- 818 milyon qadın evdə, sosial həyatda və iş yerində cinsi və fiziki şiddətə məruz qalır. “Qadına qarşı şiddətin ortadan qaldırılması haqqında” bəyannaməyə əsasən, qadınlara qarşı fiziki, cinsi, psixoloji zərər və təhdidlər gender əsaslı zorakılıqdır və onların hüquq və azadlıqlarının pozulması halıdır.

İş yerlərində gender bərabərliyinə əməl olunmaması qadınların daha az maaşlı iş və vəzifələrə yönəlməsinə şərait yaradır.  Burada qadınlara qarşı zorakılıqların və ayrı-seçkiliyin önlənməsində əsas vəzifə həmkarlar təşkilatlarının üzərinə düşür. Beynəlxalq Əmək Təşkilatının iş yerində qadın və kişilərə qarşı zorakılıqla bağlı  hazırladığı hesabatda bu kimi halların önlənməsində qurumun həmkarlar təşkilatının fəaliyyəti və müştərək müqavilələrdə məsələ ilə bağlı maddələrin yer almasının vacibliyi vurğulanıb.

İndustriALL Qlobal İttifaqı ona bağlı olan həmkarlar təşkilatlarının 8 Martdan etibarən gender bərabərliyini əldə etmək yolunda qərarlı addımlar atmasını, qadınlara yönələn zorakılıq hallarına qarşı mübarizə aparmalarını istəyib.