Əsl düyünü necə ayırd etməli?


Baxıldı : 171

Tarix : 2019-06-07 13:34:34


Azərbaycan mətbəxində ən çox istifadə olunan qida məhsullarından biri də düyüdür. Hazırda ölkə bazarında həm yerli, həm də İran, Hindistan, Pakistan və digər ölkələrdən gətirilmiş düyülər satılır. Bəzən xarici ölkələrdən gətirilən düyülərin saxta olduğu, onların plastikdən hazırlandığı barədə informasiyalar yayılır.

Əsl düyünü  saxtadan necə ayırd etmək olar?

Mütəxəssislər qeyd edir ki, ilk növbədə adi su ilə süni və yaxud əsl düyünü müəyyən etmək mümkündür. Belə ki, bir qaba azca düyü və üzərinə su əlavə olunur. Əgər düyülər suyun üzərinə çıxmazsa, deməli, əsl, çıxarsa saxtadır. Daha bir üsul düyünü yandırmaqdır. Az miqdarda düyü götürüb kibritlə yandırılır. Düyülər həmən alışarsa, deməli, saxtadır.

Həmçinin düyünü əzməklə də onu müəyyən etmək mümkündür. Əgər düyünü əzdikdə ağ un formasını alırsa, deməli əsl, içərisində başqa, sarımtıl rəng olarsa isə saxtadır, yəni bu o deməkdir ki, tərkibinə başqa maddələr əlavə olunub.

Azər MUSTAFAYEV