“Əsrin müqaviləsi”nin fotosalnaməsi


Baxıldı : 36

Tarix : 2019-09-27 17:41:10


Sentyabrın 19-da “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətində (ATV) tanınmış fotoqraf  Rafiq Bağırovun “Əsrin Müqaviləsi”nin 25 illiyinə həsr olunmuş ekspozisiyalarından ibarət fərdi yaradıcılıq sərgisi keçirilib.

Sərgiyə “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibov da dəvət almışdı. ATV-nin Bədii Şurasının sədri, tanınmış telejurnalist Etibar Babayev qonaqları salamladı və “Əsrin müqaviləsi”nin imzalandığı tarixi şərait, bu işdə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri və ekspozisiyanın sənətkarlıq xüsusiyyətləri barədə qısa məlumat verdi. Sonra tədbir iştirakçılarını maraqlı ekspozisiyaları seyr etməyə dəvət etdi.