Etimadı doğruldacağına söz verdi


Baxıldı : 252

Tarix : 2020-07-19 23:25:02


 

Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Məclisinin iyulun 16-da keçirilmiş iclasında təşkilati məsələyə baxılıb. İclasa sədrlik edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev deyib ki, sahə həmkarlar ittifaqının sabiq sədri, fədakar həmkarlar ittifaqı lideri olmuş Ehtibar Əliyevin vəfatından xeyli müddət ötür. 


O, təşkilatımızın inkişafı naminə çox iş görmüş, Azərbaycan həmkarlar ittifaqı hərəkatına unudulmaz töhfələr vermişdir. Bu gün siz təşkilatınıza yeni sədr seçmək üçün bir araya gəlmisiniz. İnanıram ki, yeni seçəcəyiniz sədr, həmkarlar ittifaqının ənənələrinə uyğun olaraq, kollektivi işçilərin maraqları naminə səfərbər etməyi bacaracaq.
Məclis üzvləri sədr vəzifəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və həmkarlar ittifaqı sahəsində məsul işlərdə çalışmış Hüseyn Qubad oğlu Kərimovun namizədliyini irəli sürmüş və yekdilliklə dəstəkləmişlər.
S.Möhbalıyev yeni sədrə işində uğurlar arzulamışdır. H.Kərimov ona göstərilən etimadı doğruldacağına söz vermişdir.