Etiraz etmək daha çətin olacaq


Baxıldı : 138

Tarix : 2015-11-20 04:48:00


İtaliya hökuməti ölkə ərazisində yerləşən tarixi memarlıq kompleksləri işçilərinin tətil təşkil etmək cəhdlərinin qarşısını alacaq yeni qanunu qəbul edib. Bu ali sənəd senat tərəfindən təsdiqlənib. Qanuna əsasən, tarixi abidələrə və muzeylərə əsas xidmət müəssisələri statusu verilir, bununla da orada çalışan insanlara tətil etmək daha çətin olacaq.\ Kolizey fərmanı\ adı almış qanun layihəsi cari ildə Romada və qədim Pompeydə muzey əməkdaşlarının xəbərdarlıq etmədən keçirdikləri iki tətildən sonra hazırlanıb. İşçilərin etirazı ona gətirib çıxardı ki, dünya şöhrətli tarixi komplekslərin qapıları bağlı qaldı və minlərlə turist bu yerləri seyr etmək imkanından məhrum oldu.Qəbul edilmiş yeni qanuna əsasən, mədəni irs mərkəzlərində çalışan insanlar tətili yalnız həmkarlar ittifaqının dəstəyi ilə keçirə bilər və onlar aksiya barədə ilkin məlumat yaymalıdırlar. Bundan başqa, bu sektorun müəssisələrində etiraz keçirilməsinin əsas şərtlərindən biri məcburi minimum xidmətin təmin olunmasıdır.Elçin ZAKİRİ