Ev qiymətinə kənd


Baxıldı : 266

Tarix : 2015-01-31 05:15:00


Fransanın Korrez Departamentində sahəsi 3,5 hektar olan və XIII əsrə aid Şartye-Feryer kəndi bir mənzilin qiymətinə satılır. Sakinlərin başqa yerlərə köçüb getməsi nəticəsində tamamilə boşalan və sahibsiz qalan kənd vergiləri ödəyə bilmədiyindən satışa çıxarılıb. Evləri əsasən çay daşlarından tikilən kənd 360 min avroya satışa qoyulub. Bu məbləğin isə Fransada yaxşı bir mənzilin qiymətinə bərabər olduğu bildirilir.CAVİD