“Evdə qal!” sosial aksiyasına qoşuldular


Baxıldı : 225

Tarix : 2020-04-30 05:44:50


Koronavirus pandemiyasının ölkəmizdə daha geniş ərazidə yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi şəraitində Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Şamaxı filialı tərəfindən aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə, əlilliyi olan uşaqların ailələrinə, şəhid ailəsi üzvlərinə və digər həssas kateqoriyadan olan insanlara dəstək məqsədilə sosial aksiya keçirilib. Aksiya çərçivəsində Şəhriyar qəsəbəsində bu qəbildən olan 24 ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, 2 ailəyə isə maddi yardım göstərilib.

Aksiyada filialın direktoru, dosent Tünzalə Yusifova, direktor müavinləri Şasəddin Mikayılov, Şəlalə Seyidova, Həmkarlar İttifaqı Komitəsinin sədri Çingiz Dadaşov, filialın əməkdaşı Sevda Pur-Rza və başqaları ali məktəbin kollektivi tərəfindən hazırlanmış sovqatları ailələrə paylayıblar.