Evlərə optika\ layihəsi


Baxıldı : 301

Tarix : 2015-02-21 04:34:00


Dünya bazarında neftin ucuzlaşması dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulan ən iri İKT layihə - \ Evlərə optika\ modelinin təxirə salınmasına səbəb olub. Azərbaycanın bütün rayonlarındakı kənd və qəsəbələrdə genişzolaqlı internet şəbəkəsinin qurulmasını təmin edən bu layihənin əsas maliyyə mənbəyi Dövlət Neft Fondu (DNF) hesab edilirdi və fond ötən il ilkin maliyyələşdirməyə 100 milyon manatdan artıq vəsait yönəldib. Amma hazırda maliyyə qənaəti ilə bağlı DNF layihəni maliyyələşdirməkdən imtina edib. Layihəni həyata keçirən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi \ Evlərə optika\ nın davam etdirilməsi üçün xarici donorlarla danışıqlara başlayıb. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, layihəyə pul ayrılması üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar aparılır və onlardan kredit cəlb ediləcək. Məqsəd layihəni yarımçıq saxlamamaq, icrasını davam etdirməkdir. Xarici donorlardan maliyyə vəsaiti əldə olunsa belə, sözügedən layihənin yubadılması istisna deyil. Plana əsasən, layihə 2015-ci ilin sonuna kimi başa çatdırılmalı idi. Hesablamalara görə, bu proses 2016-cı ilin sonlarına qədər çəkəcək. \ Evlərə optika\ modelinin tam tətbiqindən sonra bütün ölkə üzrə internetin sürəti 10-100 meqabit-saniyəyə çatacaq.ELBRUS