Fəaliyyət sahəsi genişlənir


Baxıldı : 245

Tarix : 2016-06-10 06:19:00


\ Bir vaxtlar öz şöhrəti ilə seçilən 5000 qədər toxucunun çalışdığı H.Z.Tağıyev adına Toxucu Tikiş Sənaye Kombinatı indi durğunluq dövrü keçirir, istehsal prosesi, demək olar ki, tamamilə dayanıb. Bütün bunlara baxmayaraq, kombinatın nəzdindəki mədəniyyət evimiz öz fəaliyyətini davam etdirir. Klubda həm musiqi, həm də bədii dərnəklər fəaliyyət göstərir. Mədəniyyət evinin bədii özfəaliyyət kollektivi hər bir bayram günü münasibətilə silsilə tədbirlər planı hazırlayıb maraqlı, əyləncəli görüş və konsert proqramları keçirirlər. Bu bizi yaxşı mənada fərqləndirir. Həmçinin mədəniyyət evimiz tanınmış sənətkarların formalaşmasında da müəyyən rol oynayıb. Məşhur ifaçı Ənvər Sadıqov, \ Natiq\ ritm qrupu bizim yetişdirmələrimizdir\ , - deyə mədəniyyət evinin direktoru Azad Aslanov bildirib. O deyib ki, bu günlərdə mədəniyyət evinin kiçik zalında keçirilən tədbirdə \ Azəri Qafqaz\ rəqs qrupu, Fikrət Borçalının rəhbərlik etdiyi uşaqlardan ibarət saz çalanlar ansamblı, \ İqray qarmon\ birləşmiş rus xoru, \ Retro\ instrumental qrupu rəngarəng proqramla çıxış ediblər. Əlbəttə, fəaliyyətimiz və uğurlarımız tək bununla bitmir. Belə ki, Natiq Şirinovun rəhbərlik etdiyi \ Natiq\ ritm qrupu qardaş Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Uşaq Festivalında uğurla Azərbaycanı təmsil edib. Həmçinin 6 yaşdan 16 yaşa qədər olan uşaq və yeniyetmələrin \ Tolerantlığımızın gələcəyi\ yaradıcılıq sərgisində klubun gənc rəssamlar dərnəyinin üzvləri də iştirak edərək qalib olublar.Mədəniyyət evinin məktəbəqədər hazırlıq kursunun şagirdləri \ Mən məktəbə getməyə hazıram\ ədəbi-bədii kompozisiyasında məharətlə çıxış ediblər.Bir sözlə, gördüyümüz işlər göz önündədir. Əhəd İBADOV