Fürsət əldə ikən yaxşılıq et


Baxıldı : 293

Tarix : 2015-12-19 05:33:00


\ Caffe sospeso\ nu italyan dilindən tərcümə edəndə - \ dayandırılmış qəhvə\ deməkdir. Bu, İtaliyanın Neapol şəhərində köhnə ənənələrdən biridir. Neapol kafelerində qonaqlar bir fincan kofe sifariş edib, ikisinin pulunu ödəyir. Buna görə evsiz və ya yoxsul adamlar kafeyə, restorana gedib \ dayandırılmış qəhvə\ varmı soruşa bilər. Əgər ondan əvvəl kimsə \ dayandırılmış qəhvə\ sifariş edibsə, ofisiant yoxsul adama pulsuz qəhvə verir.O vaxtlar qəhvənin qiyməti çox ucuz olduğuna görə, insanlar cibindən qəpikləri çıxarıb iki və ya üç fincanın pulunu ödəyirdi. Restoranda çalışan barista bunları xüsusi lövhəyə qeyd edirdi. Kasıb insanlar gəlib həmin qəhvədən içirdi. Bu italyan ənənəsi get-gedə bütün dünyada tətbiq olunmağa başlanıb. Bu, xeyriyyəçilik deyil, sadəcə, bölüşmə arzusu və xoşməramlı jestdir. Ehtiyacı olan insan üçün isə bir ümid yarada bilər. Bir neçə gün bundan öncə Bakının \ Anadolu\ restoranında paytaxtda ilk dəfə \ dayandırılmış qəhvə\ aksiyası başlayıb. Sosial şəbəkələrdən məlum olub ki, həmin restoranın sahibi Fikrət Xəlilov böhran və soyuq mövsüm olduğuna görə bu layihəyə start verib. Qış evsiz insanlar üçün bir çox çətinliklər yaradır və isti qəhvə, çay, yemək onlara bir balaca da olsa kömək edə bilər. Restorandan aldığımız məlumata görə, aksiyanın nəticəsi gözləniləndən daha pozitiv oldu. Beş gün ərzində onlarla müştəri xoşməramlı jest edib \ dayandırılmış qəhvə\ alıb. Bu, tək qəhvə yox, istənilən isti yemək və içki ola bilər. Onlar qeyd etdilər ki, həmişə yoxsul adamlara kömək etməyə çalışıblar, çox vaxt kafenin ətrafında gəzən səfilləri görəndə çağırıb isti yeməklə təmin edirlər. Ən kədərli fakt da odur ki, onların dediklərinə görə, yoxsul insanların sayı gündən-günə artır. Məlumat üçün deyək ki, Rusiya və Ukraynaya bu ənənə 7-8 il bundan öncə gəlib. Cəmiyyət arasında müsbət rəy almışdır, kütləvi informasiya vasitələri isə bu aksiyaya çox dəstək olmuşdu.Bu gün siz yaxşı əməl etdiz, sabah kimsə sizə yardımçı ola bilər. Bütün yaxşı əməllərin qarşılığı ikiqat olur.Günel RAFAYILQIZI