Fəsil dəyişkənliyinin sağlamlığa təsiri...


Baxıldı : 242

Tarix : 2015-10-09 02:31:00


Fəsil dəyişkənliyi insanların sağlamlığına təsirsiz ötüşmür. Hava şəraitində müşahidə olunan dəyişkənlik zamanı insanlar da orqanizmlərinin qeydinə qalmalıdır. Bizi ətraf aləmə bağlayan gözlərimizi qorumaq xüsusilə vacibdir. Həkim-oftalmoloq Qurban İsmayılov deyir ki, fəsil dəyişiklikləri zamanı xəstələr tərəfindən daha çox gözlərdə qaşınma, qızartı, sulanma ilə bağlı müraciətlər olur: \ Bu şikayətlərdən başqa ilin bütün dövrlərində gözlərində az görmə, bulanıq və ya dumanlı görmə, yazıları oxuya bilməmək və iynə saplamaqda çətinlik çəkdiyini söyləyən xəstələr də müraciət edir. Həmçinin diabet xəstələri də adətən öz həkimləri tərəfindən ildə ən azı bir dəfə oftalmoloq müayinəsi üçün yönləndirilir. Fəsillər arasında əsasən yazda gözdə allergiya əmələ gəlir. Məhz bu zaman yaranan konyuktivit - pollinoz konyuktiviti adlanır (latınca pollek-tozcuq). Bu xəstəlik bitki tozcuqları ilə törədilir. Bitkilərin, xüsusilə çöl otlarının, taxıl bitkilərinin, bəzi kol və ağacların çiçəklənməsi zamanı rast gəlinir. Bizə bütün yaş kateqoriyasından olan xəstələr müraciət edir\ .Həkimin sözlərinə görə, əgər gözdə sulanma varsa, həkimə müraciət etmək lazımdır: \ Bu halların bir çox səbəbi ola bilər və istənilən halda belə şikayəti olanlar həkim-oftalmoloq tərəfindən müayinə ediləndən sonra səbəbi aydınlaşır. Allergik xəstəliklərlə bağlı sulanma ən çox rast gəlinən hal olsa da, göz yaşı kanalının tıxanıqlığı, korneal və ya konyuktival yad cisimlər və keratit kimi digər göz xəstəlikləri mütləq həkim tərəfindən müayinə edilməlidir\ . Xalid AZƏR