“Facebook"da yenilik


Baxıldı : 78

Tarix : 2017-08-04 20:22:55


"Facebook"un ev ekosistemləri üçün 2 ədəd "ağıllı" cihaz hazırladığı məlumatları yayılıb. Söhbət videoçat üçün nəzərdə tutulmuş planşetdən və "ağıllı" səsgücləndiricidən gedir.

"Facebook" artıq uzun zamandır ki, cihaz istehsalı sahəsinə daxil olmaq istəyir. "VR Oculus" şirkətinin alınması da buna sübutdur. Hazırda şirkət 2 rəqəmsal cihaz üzərində çalışır. Onlardan biri "Amazon Echo" və "Google Home"dan o qədər də fərqlənməyən "ağıllı" səsgücləndiricidir. İkinci cihaz daha böyük maraq cəlb edir. Bu cihaz yalnız videoçat özəlliyinə sahib 13-15 inç ekrana sahib və "Android" əməliyyat sistemi vasitəsilə çalışacaq planşetdir. Bundan əlavə, genişbucaqlı kamera, mikrofon və səsgücləndiricilər ilə təchiz olunacaq.

"Facebook" bu cihazın proqram təminatının idarə olunması üçün süni zəkadan istifadə etməyi planlaşdırır. Planşetə əlavə olaraq 360 dərəcəlik kamera da hazırlanır. Məlumata görə, videoçat üçün planşet artıq test mərhələsindədir.

Azər MUSTAFAYEV