Faciədən necə qurtulaq


Baxıldı : 267

Tarix : 2015-12-19 04:52:00


Son günlər Bakıda dəm qazından zəhərlənmələr nəticəsində ölüm hallarının sayı artmaqdadır. Dəm qazı insanları necə zəhərləyir? Bunun səbəbi nədir və hansı şəraitdə baş verir? Önləyici tədbirlər görmək olarmı? Ekspertlərin fikrincə, insanların dəm qazından ölməsinin bir neçə səbəbi var:\ Bədbəxt hadisənin çoxu qaz sızmasına görə boğulmadan yox, zəhərlənmədən baş verir. Qaz sızması nəticəsində bir otağa 4,5 faiz həcmdə metan qaz yığılırsa, artıq partlayışa hazır vəziyyətə gəlir və ani qığılcımdan partlayış (adicə çöldən qapı zəngi basılarsa) olur. Qaz sızması zamanı qığılcım baş vermədən öncə adam boğulmadan ölə bilər. İnsan bədəninin fəaliyyət göstərməsi üçün 20 faiz oksigen olmalıdır. Qaz sızması nəticəsində metan qazının faizi artır, oksigen isə azalır və oksigen çatışmazlığı nəticəsində beyin toxumaları fəaliyyətini dayandırır və insan boğulmadan ölür.Zəhərlənmə isə qazın yanması nəticəsində əmələ gəlir. Mənzillərdə qazdan zəhərlənmələr daha çox hamam və ya yataq otaqlarında baş verir. Hamamların həcmi 7 kubmetr olmalıdır. Qapı bayıra açılmalı və aşağı hissəsində diametri 2,5 sm. deşiklər olmalı və bayıra açılmalıdır. Ventilyasiya kanalı olmalıdır, vaxtaşırı təmizlənməlidir. Çox adam ventilyasiya qoymur, ya da bağlayırlar. Onu bağlamaq isə faciəvi sonluğa səbəb olur. Tüstü bacaları rübdə bir dəfə, istilik cihazları ildə bir dəfə qış mövsümündən öncə təmizlənməlidir. Önləyici tədbirlər kimi bunları etmək məsləhət görülür: \ Qaz sobaları evin damından yarım metr hündürdə quraşdırılmalıdır. Bir kubmetr qazın təmiz yanması üçün 9,5 kubmetr hava lazımdır. Hava çatışmayanda, yaxud həddən artıq çox olanda proses pozulur və karbon 4 oksid əvəzinə karbon 2 oksid alınır. Karbon 4 oksid zəhərsiz, karbon 2 oksid isə zəhərlidir. Qazı yanılı qoyub gecə yatmaq olmaz. Qaz sızması əleyhinə detektorlar mütləq şəkildə hər bir evdə quraşdırılmalıdır. Detektor problem olanda qazın yolunu bağlayır və yanmamış karbohidrogen olanda reaksiya verərək siqnal çalır.AZƏR