Fakültələr arasında voleybol yarışı


Baxıldı : 144

Tarix : 2017-11-17 21:41:38


Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Texniki İdman Klubunun birgə təşkilatçılığı ilə universitetin fakültələri arasında voleybol yarışı keçirilib.

Finalda "Nəqliyyat" və "Maşınqayırma" komandaları üz-üzə gəlib. Gərgin keçən qarşılaşma "Maşınqayırma" komandasının 2-0 hesablı qələbəsi ilə başa çatıb.

Yarışın qalib və mükafatçıları Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən medallarla təltif olunub.

Azər MUSTAFAYEV