Fakültələrarası futbol çempionatının püşkatma mərasimi olub


Baxıldı : 205

Tarix : 2018-03-02 21:19:34


Fevralın 27-də Bakı Dövlət Universitetində (BDU) fakültələrarası futbol çempionatının püşkatma mərasimi keçirilib. Futbol çempionatı BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) ənənəvi olaraq həyata keçirdiyi “Ümummilli lider Heydər Əliyevin anadan olması”na həsr olunmuş yubiley tədbirlərindən biridir.

Püşkatma mərasimində BDU THİK-in sədri Daşqın Qənbərov, İdman kafedrasının müdiri Akif Atakişiyev, fakültə tələbə həmkarlar ittifaqı təşkilatlarının sədrləri və komanda kapitanları iştirak ediblər. Tədbiri açıq elan edən idman kafedrasının müdiri Akif Atakişiyev öncə idmanın əhəmiyyətindən, ölkədə idmana göstərilən diqqət və qayğıdan danışıb. Daha sonra iştirakçılara çempionatın qaydaları, hakimlər briqadası haqqında məlumat verilib.

Sonda püşkatma keçirilib və komandalar qruplara bölünüb.

Azər MUSTAFAYEV