Fəal iştirak etməyə çağırdı


Baxıldı : 740

Tarix : 2019-09-27 17:33:00


Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kimya-texnologiya fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə Kimya-texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova, universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev, Tələbə Gənclər Təşkilatının sədri Müqəddəs Əzizzadə və tələbələr iştirak ediblər.

ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri N.Gəncəyev tələbələrə universitetin tarixi, tanınımış məzunları və hazırki fəaliyyəti haqqında məlumat verib.  Bildirib ki, universitetdə mahnı və rəqs ansamblı, “Maqnat” intellektual klubu, “Şən və Hazırcavablar” klubu, idman klubları və digər bölmələr fəaliyyət göstərir. N.Gəncəyev tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə çağırdı.

Sonda ənənəvi olaraq tələbələri maraqlandıran suallar cavablandırılıb və fakültə üzrə Tələbə Gənclər Təşkilatının nümayəndəsi seçilib.