Fəal oxucular mükafatlandırılıb


Baxıldı : 58

Tarix : 2019-12-07 16:53:43


Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanada “Nəsimi ili”nə həsr olunmuş bədii qiraət müsabiqəsinin nəticələri bəlli olub. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən müsabiqə Sumqayıt Şəhər Mərkəzi Kitabxana Sisteminə daxil olan kitabxana filiallarının iştirakı ilə reallaşıb.

Münsiflər heyətinin qərarı ilə fəal oxucular Zəhra Bəşirli və Gülmirə Əlizadə I yeri, Ömər Bayramov və Sevda Mirzəyeva II yeri, Nazilə Cavadova və Fidan Ağahüseynli III yeri tutublar.

Qaliblər Fəxri fərman və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi tərəfindən hədiyyələrlə mükafatlandırılıb.