Fəaliyyət planı açıqlanıb


Baxıldı : 124

Tarix : 2018-01-05 22:55:28


Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqı (TİBHİ) yanvarın 25-də 25-ci ildönümünü qeyd edəcək.  Təşkilat 2018-ci ilin fəaliyyət planını açıqlayıb. Planda illik proqramın yanvarın 25-dən başladığı göstərilir.

Proqrama əsasən:

- 5-7 fevral tarixlərində TİBHİ-nin 3-cü Dünya Qadınlar Konfransı Mərakeş və Fasda baş tutacaq. Burada qadınların həmkarlar ittifaqı təşkilatlarında fəaliyyəti, təhsil və liderlik yönündə qazanclar və problemlər müzakirə olunacaq.

- 24-26 fevralda Trinidad və Tobaqonun paytaxtı Port of Speyndə regional konfrans baş tutacaq. Toplantıda bölgədə və Karib adalarında müəllimlərin qarşılaşdıqları problemlər  gündəmə gətiriləcək.

- 22-23 martda Portuqaliyanın Lissabon şəhərində 8-ci Tədris Peşəsi üzrə illik Beynəlxalq Sammit baş tutacaq. "Təhsildə peşə ilə əlaqəli zorluqlar və fürsətlər" mövzusunda keçiriləcək sammitdən öncə Portuqaliyanın təhsil sistemini dərindən öyrənmək üçün müxtəlif prqramlar təşkil olunacaq.

- 24-26 apreldə Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində "Məktəblərdə Keyfiyyət Liderliyi" mövzusunda konfrans keçiriləcək.

- 25-26 apreldə Belçikanın Brüssel şəhərində 14-cü Araşdırma Şəbəkəsi toplantısı baş tutacaq.

- 15-16 mayda Brüsseldə  "Keyfiyyətli təhsilə təsir etmək üçün dəstək personalını təşkiletmə mövzusunda konfrans keçiriləcək.

- 12-14 noyabrda Tayvanda 11-ci Əlavə və Ali Təhsil Araşdırma Konfransı təşkil ediləcək.

TİBHİ-nin 2018-ci ildəki fəaliyyəti 12-13 dekabrda Meksikada İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin iştirakı ilə təşkil olunacaq konfransla yekunlaşacaq.

Cavid SƏFƏROV