Fermerlər üçün banklar yaradılacaq


Baxıldı : 188

Tarix : 2016-07-15 10:12:00


Kənd təsərrüfatı mülkiyyətçilərinə maliyyə dəstəyini artırmaq və bu sahədə çalışan insanların kredit əldə etmək imkanlarını daha da asanlaşdırmaq üçün mərkəzləşdirilmiş ixtisaslı bank qurumu yaratmaq nəzərdə tutulur.Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib ki, kənd təsərrüfatına daha çox universal banklar xidmət göstərməlidir: \ Hazırda hökumət tərəfindən aqrar sahəyə maliyyə dəstəyi ilə bağlı, dövlət və özəl olmaqla, müxtəlif formada maliyyə dəstəyi göstərilir. Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Kredit Agentliyi mülkiyyətçilərə güzəştli kreditlər verir. Bunlarla yanaşı, regionlarda mikromaliyyələşdirmə təşkilatları da fəaliyyət göstərir. Bu gün Azərbaycan iqtisadiyyatı qarşısında duran böyük hədəflərə çatmaqda kənd təsərrüfatı əhəmiyyətli rol oynayır. Amma ölkənin müasir inkişafı və kənd təsərrüfatının potensialı maliyyələşmənin artırılmasını tələb edir. Ölkə əhalisinin 40 faizi kənd təsərrüfatı sahəsində çalışır və onların sayı 4,5 milyon nəfər olan iqtisadi fəal əhalinin 80 faizini təşkil edir. Ona görə də kənd təsərrüfatı mülkiyyətçiləri üçün ayrıca güzəştli şərtlərlə kredit siyasətini həyata keçirən banka ehtiyac var. Kommersiya bankları mülkiyyətçilərə kredit vermək istəmir. Kəndlinin torpaqdan başqa elə bir qiymətli əmlakı yoxdur, banklar isə onu girov kimi qəbul etmək istəmir. Buna görə də kommersiya xarakterli maliyyələşdirmə ilə bağlı uyğun mexanizm tapılmalıdır. Bu məqsədlə Zəmanət Fondunun yaradılması nəzərdə tutulur. Fond torpağı girov kimi qəbul edəcək, fermer krediti qaytara bilmədikdə torpağa sahib olacaq. Bank məsələsinə gəlincə, bu, müsbət addım olardı. Hazırda kənd təsərrüfatı mülkiyyətçiləri üçün \ Aqrarkredit\ qeyri-bank təkşilatı fəaliyyət göstərir. Onun bazasında ixtisaslaşmış bank yaratmaq mümkündür\ .Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva bildirib ki, kənd təsərrüfatı üzrə Zəmanət Fondunun yaradılması ilə yanaşı, həmin sahədə sığorta mexanizminin tətbiqi də təmin edilməlidir: \ Kənd yerlərində evlər və torpaqlar, əkinçilik və heyvandarlıq kompleksləri də sığorta olunmalıdır. Bundan sonra Zəmanət Fondunun fermerə zəmanət məktubu verməsi üçün əsas yarana bilər. Sığorta ilə bağlı problemlər həll olunarsa və uğurlu işlək mexanizm qurularsa, getdikcə kənd təsərrüfatı ilə məşğul olanların da sayı artar və dövlət vəsaitinin səmərəli istifadəsi üçün əlverişli zəmin yaranar\ .Cavid SƏFƏROV