Fərqlənə biliblər


Baxıldı : 61

Tarix : 2017-07-28 20:25:02


14-21 iyul tarixində Astara Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təsdiq etdiyi təqvim planına əsasən 16 yaşa qədər yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçirilib. Olimpiadada ölkəmizin bütün bölgələrini təmsil edən 43 şəhər və rayonundan 445  yeniyetmə oğlan və qız şahmatçı  iştirak edib.

8 gün davam edən Respublika Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət olub. Şahmatçılar 2 qrupda - A qrupunda 2001-2004-cü il təvəllüdlü (13-16 yaşlı) yeniyetmə oğlan və qızlar, B qrupunda 2005-ci il və aşağı yaşlı (8-10-12 yaşlı) yeniyetmə oğlan və qızlar mübarizə aparıblar. Yarışların baş katibi, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov olub.

Olimpiadada iştirak edən Həmkarlar İttifaqı Respublika Şahmat və Dama Klubu (HİRŞDK) İctimai Birliyinin yetirmələri  Nərmin Abdinova və Züleyxa Həsənzadə 12 yaşadək qızlar arasında birinci və üçüncü yerləri tutublar.

Komanda hesabında  13-16 yaş üzrə (A qrupu) Quba, Gəncə, Masallı, 8-10-12 yaş üzrə (B qrupu) RŞM, Gəncə, HİRŞDK fərqlənib.

 

Azər Mustafayev