Festivalın baxış konserti


Baxıldı : 238

Tarix : 2016-04-22 04:16:00


Azərbaycan Texnologiya Universitetində (ATU) Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının baxış konserti baş tutub.Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir ulu öndərin həyat və fəaliyyəti haqqında çıxışlarla başlayıb. Sonra ATU-nun incəsənət dərnəklərində yaradıcılıqla məşğul olan tələbələr şeir və mahnılar səsləndirib, Azərbaycan və dünya xalqlarının musiqi və rəqslərini ifa ediblər.Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərindən təşkil olunan münsiflər heyəti tələbələrin yüksək yaradıcılıq qabiliyyəti ilə bərabər, onların festivala təqdim etdiyi əsəri, nümayiş etdirdikləri səhnə mədəniyyətini və digər amilləri də nəzərə alıblar.Cavid SƏFƏROV