(fevralın...


Baxıldı : 219

Tarix : 2016-02-19 06:21:00


(fevralın 16-da)...Tovuz rayonuna səfərə gəlib....Tovuz şəhərindəki Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub....yenidən qurulan Tovuz - Hunanlar - Qaraxanlı - Düz Cırdaxan avtomobil yolunun, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Tovuz şəhər 7 saylı körpələr evi - uşaq bağçasının, Tovuzçay su anbarının, Qovlar şəhərindəki Gənclər Evinin açılışlarında iştirak edib....NATO-nun Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib. (fevralın 17-də)...Gəncə şəhərinə səfərə gəlib....Gəncədə \ İmamzadə\ dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub....Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında aparılan əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub....Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin binasının, \ Gəncə Avtomobil Zavodu\ İstehsalat Birliyinin balansında olan 240 yerlik körpələr evi - uşaq bağçasının əsaslı təmirdən sonra açılışında iştirak edib....\ Gəncə-2016-cı il Avropa Gənclər paytaxtı\ parkında yaradılan şəraitlə tanış olub....Gəncəçay çayı boyunca yaradılan park-bulvar kompleksi ilə tanış olub....35/6 kV-luq \ Nizami\ yarımstansiyasının açılışında iştirak edib....Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olub....Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib....hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışında iştirak edib.(fevralın 18-də)...Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. (fevralın 19-da)...Fransa Senatının Yuxarı Reyn Departamentindən olan senatoru, Fransa-Qafqaz dostluq qrupunun üzvü, sabiq nazir Jan-Mari Bokelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib....İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.