Fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar


Baxıldı : 84

Tarix : 2017-06-16 21:57:59


Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi sona çatıb. Bakı Boks Mərkəzində baş tutan yarışda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən komandaların 200-dək idmançısı mübarizə aparıb.

Altı gün davam edən yarışın yekununda ən güclülərin adlarına aydınıq gəlib. 2003-2004-cü il təvəllüdlü boksçular 16 çəki dərəcəsində mükafatçıları müəyyənləşdiriblər.

Yarışa istedadlı məşqçilər Təvəkkül Məmmədov və Ceyhun Rüstəmovun rəhbərliyi altında hazırlaşan "Zenit" İdman Cəmiyyətinin boksçuları iki medal qazanıblar.

68 çəki dərəcəsində yarışa başlayan Nurlan Hüseynquluyev bütün döyüşləri qələbə ilə başa vuraraq ölkə birinciliyinin qalibi adını qazanıb.

Onun həmkarı Əli Ələsgərli (44 kq.) finala qədər uğurla irəliləyib. Yalnız çempionluq uğrunda qarşılaşmada məğlub olaraq ikinci yeri tutub.

Qeyd edək ki, yarış iyulda Bolqarıstanda təşkil olunacaq Avropa birinciliyinə seçim xarakteri daşıyır.

Azər MUSTAFAYEV