Şəffaflığa diqqət yetirilməlidir


Baxıldı : 142

Tarix : 2015-01-31 04:31:00


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin ilk təşkilatlarında hesabat-seçkilərin keçirilməsi ilə bağlı seminar təşkil olunub. Rayon komitəsinin xidmətinə daxil olan ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri və həmkarlar ittifaqı fəallarının iştirak etdiyi seminarda Binəqədi Rayon Komitəsinin sədri Almaz Hacıyeva çıxış edərək bildirib ki, ilk təşkilatlarda 2015-ci ilin yanvar-mart aylarında hesabat-seçki konfranslarının keçirilməsi ilə bağlı TİAHİ Respublika Komitəsi tərəfindən qəbul edilmiş qərar rayon komitəsinin rəyasət heyətində müzakirə olunub. Hesabat-seçkilərin keçirilməsi ilə bağlı qrafik təsdiq olunub.Hesabat-seçki yığıncaqlarının qrafikə uyğun keçirilməsinin vacibliyindən danışan A.Hacıyeva bildirib ki, ilk təşkilat sədrləri ilk növbədə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə diqqət yetirməlidir: \ Seçkilər nə qədər azad, ədalətli və şəffaf keçiriləcəksə, təşkilatımız da bir o qədər güclü və nüfuzlu olacaq\ .Sədr onu da deyib ki, son illər həmkarlar ittifaqı təşkilatlarının nüfuzu ittifaq üzvləri arasında əhəmiyyətli dərəcədə artıb. İlk təşkilat sədrlərinə öz tövsiyələrini çatdıran A.Hacıyeva seçkilər zamanı gender bərabərliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, ilk təşkilat sədrlərinin hesabatları əhatəli olmalıdır. Hesabat-seçki yığıncaqlarında həmkarlar ittifaqı üzvləri tərəfindən səsləndirilən irad və təkliflər diqqətlə dinlənilməli və ümumiləşdirilərək yuxarı təşkilata məlumat verilməlidir.B.RZAYEV