FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində “Ən yaxşı manqa” baxış-müsabiqəsi keçirilib


Baxıldı : 98

Tarix : 2019-10-11 17:28:13


Sentyabrın 27-də Fövqəladə Hallar Nazirliyi (FHN) İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətində “Ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirilib.

Yanğından mühafizə qurumlarının əməliyyat-xidməti fəaliyyətində, o cümlədən yanğınların söndürülməsinin təşkili və taktikası üzrə düzgün qərarların qəbul olunmasında manqaların peşə hazırlığının yüksəldilməsi, əməkdaşların taktiki hazırlığının, onların xüsusi biliklərinin, metodiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən müsabiqədə Bakı və Sumqayıt şəhərlərinin yanğın qarnizonları üzrə dislokasiya olunmuş Dövlət Yanğından Mühafizə qurumlarının 39 komandasından 263 yanğınsöndürən iştirak edib. Müsabiqədə həmçinin əməkdaşların döyüş hazırlığının tərkib hissəsi olan yanğın-xilasetmə hazırlığının inkişafı, eləcə də ekstremal şəraitdə şəxsi heyətin öz xidməti vəzifələrini yerinə yetirərkən onlara peşə vərdişlərinin aşılanması və dözümlüyünün artırılması, şəxsi heyətin taktiki hazırlığının səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilib.

“Ən yaxşı manqa” adı uğrunda keçən baxış-müsabiqədə birinci yerə Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsi, ikinci yerə Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi, üçüncü yerə isə Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsi çıxıb.

“Ən yaxşı manqa” adı uğrunda keçən baxış-müsabiqənin qalibləri FHN İşçiləri Həmkarlar İttifaqı və Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən mükafatlandırılıb.