Fikir ayrılıqları həll edilməyənədək tətil davam edəcək


Baxıldı : 234

Tarix : 2015-10-09 02:16:00


Oktyabrın 5-dən Cənubi Afrika Respublikasında \ Exxaro\ və \ Glencore\ mədənçıxarma şirkətlərinin 30 mindən artıq əməkdaşı müddətsiz tətilə başlayıb. Aksiyaya səbəb əməkhaqlarına əlavələr edilməsinə görə işçilər ilə rəhbərlik arasında yaranmış münaqişədir.\ Biz mədən işçilərinin maaşlarının 14 faiz yüksəlməsini tələb edirik, lakin işəgötürənlər 8 faizdən çox artırmaqdan imtina edirlər. Etiraz tərəflərin toplaşıb fikir ayrılıqlarını həll etməyənədək davam edəcək\ , - deyə Mədən İşçilərinin Həmkarlar İttifaqı Birliyinin nümayəndəsi Livxuani Mamburu bildirib.Qeyd edək ki, bir müddət öncə şirkətlərlə üç ay davam edən danışıqlar nəticə verməmişdir.Elçin ZAKİRİ