Filmlərimiz Braziliyada nümayiş olunub


Baxıldı : 427

Tarix : 2015-12-05 05:20:00


Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Porto Aleqre şəhərindəki \ Santander Cultural\ mədəniyyət mərkəzində Azərbaycan bədii filmlərinin ilk nümayişi başlayıb.Bu münasibətlə yerli tamaşaçılar qarşısında çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Azərbaycanın zəngin mədəniyyəti və milli kinematoqrafiyası haqqında məlumat verib.Portuqal dilində altyazılarla \ Buta\ , \ O olmasın, bu olsun\ , \ Təhminə\ , \ Çölçü\ , \ Dərvişin qeydləri\ , \ 40-cı qapı\ kimi ümumilikdə 14 Azərbaycan filmi nümayiş etdirilib.Qeyd edək ki, Azərbaycan bədii filmlərinin Porto Aleqre şəhərində nümayişi milli mədəniyyət və kinematoqrafiyamızın Braziliyada təbliğ edilməsi həmçinin Azərbaycan-Braziliya mədəni əlaqələrinin genişləndirilməsi baxımından vacib və uğurlu hadisə kimi səciyyələndirilə bilər.