Filoloq, şairə Firuzə Məmmədli ilə görüş


Baxıldı : 310

Tarix : 2017-05-13 02:16:05


Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Təhsil Mərkəzində dilçi alim,  şairə Firuzə Məmmədli ilə görüş keçirilib. Tədbiri Təhsil Mərkəzinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Həsən Bayramov açaraq qonaq haqqında məlumat verib.

Çıxışlar zamanı görkəmli ziyalının elmi-publisistik və poetik yaradıcılığı təhlil edilib. Seçilmiş əsərlərindən nümunələr səsləndirilib. 

Sonda şairənin yaradıcılığına və şeirlərinə həsr olunmuş mahnılardan ibarət slayd nümayiş etdirilib.

Şair-publisist Firuzə Məmmədli görüşə görə öz minnətdarlığını bildirib. 

Azər MUSTAFAYEV