Fizika İnstitutunun əməkdaşları üçün mini stadion açılıb


Baxıldı : 51

Tarix : 2019-02-04 04:28:48


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda mini stadionun açılışı olub. Açılışda institutun direktoru, akademik Nazim Məmmədov, elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, Akademiyanın Azad Həmkarlar İttifaqının (AHİ) sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov və institutun Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova iştirak ediblər.

Mərasimdə çıxış edən akademik N.Məmmədov ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Vurğulayıb ki, bütün bunların əsasında Fizika İnstitutu əməkdaşlarının, onların ailə üzvlərinin, gənc mütəxəssislərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə mini stadion istifadəyə verilib.

AHİ-nin sədri H.Qurbanov qeyd edib ki, Fizika İnstitutu elm sahəsində beynəlxalq səviyyədə nailiyyətlər qazandığı kimi, AMEA-da idmanın mərkəzi hesab olunur. O, institut əməkdaşlarının övladları üçün futbol komandası yaradılması və həmin komandanın mini stadionda məşqçi nəzarəti ilə məşq keçməsi təklifini irəli sürüb.

İnstitutun HİK sədri S.Bağırova isə mini stadionun hazırlıq prosesi barədə məlumat verib.