Fizika İstitutunun əməkdaşları İsmayıllı rayonuna səfər ediblər


Baxıldı : 73

Tarix : 2019-06-24 06:22:21


Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə institutun əməkdaşları Azərbaycanın ən səfalı və gözəl guşələrindən biri olan İsmayıllı rayonunda turist səfərində olublar. Onlar rayonun Sumağallı kəndi yaxınlığında yerləşən “Green House” İstirahət Mərkəzində üç gün dincəliblər. İnstitutun əməkdaşları eyni zamanda Lahıc kəndinə də səfər ediblər.