Formal əhəmiyyətli həmkarlar ittifaqlarına qarşı


Baxıldı : 215

Tarix : 2015-10-09 02:20:00


Səkkiz iri geyim brendi Meksika hökumətinə birgə müraciət ünvanlayıb. Müraciətdə BƏT-in işçilərin birləşmək azadlığı hüquqlarını və kollektiv danışıqların aparılması üçün ölkənin federal əmək qanunvericiliyində islahatlar aparılması barədə xahişinin yerinə yetirilməsi öz əksini tapıb.Sənəddə xüsusi diqqət müəssisə rəhbərliyi tərəfindən həmkarlar ittifaqı təşkilatlarının yaradılıb nəzarətdə saxlanılmasına və çalışan insanların həmin təşkilatlara məcburi üzv etdirilməsinə yönəlib. Belə olan halda həmin həmkarlar ittifaqları əksər işçilərin maraqlarını təmsil etmir və bağlanılan kollektiv müqavilələr formal əhəmiyyət daşıyır. Müraciətdə bildirilir ki, meksikalı işçilərin çoxu indiyədək bu sazişlərin şərtləri ilə tanış ola bilmirlər.Məlumat üçün bildirək ki, müraciəti \ Adidas Group\ , \ American Eagle Outfitters\ , \ New Balance\ , \ Nike\ , \ Patagonia\ , \ Puma\ , \ PVH\ və \ Disney\ brendləri imzalayıb.Elçin ZAKİRİ