Fransızlar ölkəmizdə azad iqtisadi zona yaradacaq


Baxıldı : 198

Tarix : 2016-05-13 05:41:00


Fransa şirkətləri Azərbaycanda sənaye texnoparklarında sərmayəçi kimi iştirak etmək niyyətlərini bəyan ediblər. Azərbaycanda səfərdə olan Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in Biznes Şurasının prezidenti xanım Mari-Anj Döbon bildirib ki, fransızlar Azərbaycanda sənayenin inkişafına dair 5 illik proqramla tanış olublar və prioritet hesab etdikləri layihələrdə iştirak etməyi düşünürlər. Xanım Döbon bildirib ki, Azərbaycanda qeyri-neft sahələrində birgə layihələr həyata keçirmək üçün yaxşı imkanlar var. Hazırda yeni şəraitə uyğun olaraq turizm, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, avtomobil istehsalı, infrastruktur sahələrində investisiyalar yatırmağı priorotet hesab edirik.Qeyd olunduğuna görə, fransalı sənayeçilər tərəfindən İqtisadiyyat Nazirliyinə ikitərəfli azad iqtisadi zonaların yaradılması barədə təkliflər təqdin olunub. İN-in şöbə müdiri Sahil Babayevin sözlərinə görə, azad iqtisadi zonanın yaradılmasının məqsədi xüsusi hüquqi rejimin və müasir texnologiyaların tətbiqi əsasında rəqabətqabiliyyətli yeni istehsal və xidmət sahələrinin təşkilindən ibarətdir. Azərbaycan hökuməti bu cür iqtisadi vasitələrlə ölkəmizdə sahibkarlığın və iqtisadiyyatın inkişafını sürətləndirmək məqsədi daşıyır. Mütəxəssis hesab edir ki, respublikamızda bu cür iqtisadi layihələrin həyata keçirilməsi üçün əlverişli iqtisadi və geocoğrafi mühit mövcuddur. Gömrük və vergi qanunvericiliyinə əsasən, bir sıra hallarda AİZ-lərdən vergi və rüsumlar tutulacaq. Xüsusi iqtisadi zonanın yaradılmasında bütün rezidentlər, yəni ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və qeydiyyata alınmış transmilli şirkətlərin nümayəndələri, yəni xarici ölkələrin iş adamları təmsil oluna biləcəklər.ELBRUS