Fransada həkimlərin tətili


Baxıldı : 44

Tarix : 2019-11-25 05:03:53


“Dövlət xəstəxanalarını xilas edin!”. Bu şüar altında tətil edən həkimlər, tibb bacıları və tibb fakültələrinin müəllim heyəti Fransa şəhərlərinin küçələrinə çıxıblar.

Nümayişçilər maliyyə çatışmazlığı, yeni işçilərin işə götürülməməsi, klinikaların bağlanması ilə bağlı problemlərdən qəzəbləniblər.

Səhiyyə işçiləri daha yaxşı iş şəraiti və yüksək əməkhaqqı tələb edirlər. Yerli mediaya görə, həkimlərin bu qədər böyük bir səfərbərliyi ölkədə ilk dəfə baş verir.

Bildirilib ki, iş yerlərinin ixtisarı iş şəraitinə deyil, həm də xəstələrə göstərilən xidmətin keyfiyyətinə təsir göstərir.

Həmkarlar ittifaqının nümayəndəsi Natali Çepitko bildirib ki, təcili yardım otaqlarında xəstələr var ki, onlar 72 saat gözləməlidirlər. Üç gün bir arabada. Niyə? Çünki həkimlər və orta tibb işçiləri, terapevtik yataqlar və əməliyyat çarpayıları azdır.

Həkimlərin tətilini ölkədə bütün həmkarlar ittifaqı təşkilatları dəstəkləyib.