Futbol turniri keçirilib


Baxıldı : 35

Tarix : 2019-07-08 07:07:14


26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Dövlət Miqrasiya Xidməti (DMX) əməkdaşları arasında futbol turniri keçirilib.

DMX-nin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan yarışda 4 komanda iştirak edib. Final matçında Bakı Regional Miqrasiya İdarəsinin “Bakregion” komandası ilə Miqrasiya Nəzarəti Baş İdarəsinin “Leqal” kollektivi qarşılaşıb. Görüşdə “Bakregion” komandası  10-3 hesabı ilə qalib gələrək turnirin baş mükafatını qazanıb. Qaliblərə kubok və medalları Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov təqdim edib.