Futzal yarışı keçirilib


Baxıldı : 90

Tarix : 2017-05-13 02:14:41


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin təşkilatçılığı ilə rayon bələdiyyələri arasında futzal üzrə turnir keçirilib. Şağan Olimpiya İdman Kompleksində baş tutan final qarşılaşmasında Mərdəkan və Şüvəlan bələdiyyələrinin komandaları görüşüblər. Mərdəkan bələdiyyəsinin komandası rəqibini məğlub edərək birinci yerə çıxıb.

Qalib komandalar kubokla mükafatlandırılıb. 

Azər MUSTAFAYEV