Gələcək karyeralarına indidən hazırlaşırlar


Baxıldı : 360

Tarix : 2015-02-07 13:08:00


Fevralın 2-də Bakı Dövlət Universitetində (BDU) Avropa Komissiyasının TEMPUS proqramının dəstəyi ilə tələbələrə xidmət və təhsilə kömək adlanan layihə çərçivəsində seminar-treninq keçirilmişdir. Tədbiri giriş sözü ilə BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, layihənin meneceri Daşqın Qənbərov açmışdır. Demişdir ki, tədbir üçün məhz bu gün təsadüfən seçilməmişdir. Biz sizinlə həm də gənclər gününü qeyd edirik. Ümummilli liderimiz Heydər Əliyevin şəxsən təsis etdiyi 2 Fevral -Gənclər Günü dövlətimizin gənc nəslə göstərdiyi qayğının, etimadın və inamın təzahürüdür. Biz göstərilən inamı doğrultmağı, dövlətçiliyimizin möhkəmləndirilməsini təhsilimiz, işimizlə təmin etməyə çalışırıq. Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı gənclərlə bağlı Dövlət proqramları qarşımızda yeni üfüqlər açır, hər bir gəncin potensialının tam açıqlanmasına şərait yaradır.Sonra Daşqın müəllim layihənin maliyyətini və əhəmiyyətini geniş şərh etdi. Bildirdi ki, layihə çərçivəsində əvvəllər də seminar-treninqlər keçirilib. Həmin tədbirlərə çox sayda tələbə cəlb olunmuşdu.Daha sonra söz təlimçi Fəxri Ağayevə verildi. F.Ağayev seminar-treninqin mövzusunu elan etdi: \ Müvəffəqiyyət və məsuliyyət-uğurlu normalara gedən yol\ . Tədbir üçün seçilmiş ana başlıqlar da tələbələrin istehsalata hazırlığı baxımından böyük əhəmiyyət daşıyırdı: \ Müvəffəqiyyətli karyera\ , \ Hədəf təyinetmə\ , \ Müvəffəqiyyət və müvəffəqiyyətsizlik\ , \ Şans-Bəxt-Qismət\ slaydlar vasitəsilə aparılan seminar tələbələrin marağına və fəallığına səbəb oldu. 2 saata yaxın çəkən seminarda 300 nəfərdən çox tələbə iştirak edirdi. B.RZAYEV