Güləşçilərə əlavə şans


Baxıldı : 219

Tarix : 2016-02-27 03:56:00


Dünya Güləş Birliyi (DGB) yeniyetmələrin qitə çempionatlarında iştirak edəcək güləşçilərin sayının artırılması barədə qərar qəbul edib. Belə ki, bu ildən etibarən yeniyetmə güləşçilərin qitə çempionatlarında hər bir ölkə hər bir çəki dərəcəsində 2 idmançı ilə təmsil oluna biləcək. Bu qərar ötən ilin dekabrında DGB İcraiyyə Komitəsinin Soçidə keçirilən toplantısında qəbul edilib. Qurumun belə bir addım atması bütövlükdə dünyada güləş idman növünün inkişafına və təbliğinə imkan verəcək, həmçinin çox sayda yeniyetmə güləşçinin bu və ya digər səbəbdən kölgədə qalmaması üçün onlara şans verəcək. Məlumat üçün bildirək ki, bu il yeniyetmələrin Avropa çempionatı 19-24 iyul tarixlərində İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək. Azər MUSTAFAYEV