Güləşçilər mübarizəyə qoşuldular


Baxıldı : 286

Tarix : 2015-12-25 04:10:00


Dekabrın 25-də Bakı İdman Sarayında sərbəst güləş və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı start götürüb.Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatda 1997-ci il təvəllüdlü və daha yuxarı yaşlı idmançılar iştirak edirlər. Şəxsi xarakterli turnirdə idman cəmiyyətlərinin, klublarının, təşkilatlarının, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparırlar.Müvafiq çəki dərəcəsi üzrə ilk üç yeri tutacaq güləşçilər yığma komandanın heyətinə cəlb ediləcək, müvafiq diplom, medal, pul mükafatı və tam dəst idman geyimi ilə təltif olunacaqlar.A.MUSTAFAYEV