Güləşçilərin inamlı zəfəri


Baxıldı : 253

Tarix : 2015-11-06 04:05:00


\ Zenit\ İdman Cəmiyyətinin yetirmələri respublika əhəmiyyətli idman yarışlarında həmişə öz sözünü deməyi bacarıb. Bakı İdman Sarayında keçirilmiş Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final məthələsində Sumqayıt şəhər \ Zenit\ İdman Cəmiyyətinin yetirməsi Elnur Əsədov 58 kq. çəki dərəcəsində ilk yer uğrunda mübarizədə yalnız iranlı idmançıya uduzaraq ikinci yeri tutub. Daha bir Sumqayıt təmsilçisi 100 kq. çəki dərəcəsində mübarizə aparan Elxan Quluzadə isə bürünc medal qazanıb. İdmançılarımız Bakı İdman Sarayında keçirilmiş sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında \ Hünər meydanı\ Respublika seçim turnirində də müvəffəqiyyətlə iştirak ediblər. 55 kq. çəki dərəcəsində yunan-Roma güləşi üzrə keçirilən yarışlarda Nofəl Babayev hamıdan güclü olub və qızıl medalı qazanıb. Digər idmançımız Namiq İmanlı (50 kq.) finalda rəqibinə məğlub olaraq ikinci olub. Həmin çəki dərəcəsində mübarizə aparan Rəşad Abdulov isə üçüncü yeri tutub. AZƏR